ABŞ senatorları İrana qarşı: Sanksiyalar sərtləşdirilsin!

ABŞ senatorları İrana qarşı: Sanksiyalar sərtləşdirilsin!
  24 Mart 2017    Oxunub:1412
ABŞ-ın nüfuzlu senatorları respublikaçı Robert Korker və demokrat Robert Menendes İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təqdim ediblər.
AzVision.az-ın məlumatına görə, qanun layihəsi ballistik raketlərinin buraxılışını həyata keçirməsi və “nüvə sahəsi ilə əlaqəsi olmayan digər fəaliyyət növləri” ilə məşğul olması səbəbindən Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir.

Məlumata görə, senatorların hazırladığı sənəd “altılıq” ölkələrinin İranın nüvə proqramı ilə bağlı əldə etdiyi razılaşma ilə heç cür kəsişmir. (apa)

AzVision.az



Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti