İrəvanda yenidən etiraz aksiyası keçirilib

İrəvanda yenidən etiraz aksiyası keçirilib
  24 Mart 2017    Oxunub:2402
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları səngimir. Bu gün də bir qrup şəxs paytaxtın mərkəzində toplaşaraq etiraz edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar "siyasi məhbus" Artur Sarkisyanın həbsxanada ölümündə səbəb olab günahkarların cəzalandırılması tələbə ilə çıxış ediblər.

Bu dəfəki aksiyaya əvvəlki günlərlə müqayisədə bir qədər az insan qatılıb. Buna baxmayaraq, narazı sakinlər etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasının zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın ölümü Ermənistanda kütləvi etirazlara səbəb olub. Onun ölümündə hakimiyyət ittiham olunaraq, günlərlə nümayişlər keçirilib.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti