Erməni hərbçiləri ağır qəzaya düşdü: 6 yaralı

Erməni hərbçiləri ağır qəzaya düşdü: 6 yaralı
  24 Mart 2017    Oxunub:23563
Bu gün, martın 23-də Sotk-Kəlbəcər magistralında ağır qəza baş verib.

Saat 19:00 radələrində Sotk-Kəlbəcər magistralının 35-ci km.-nin "Haruri Dzor" adlanan sektorunda Volkswagen Golf markalı 35 AM 335 nömrəli maşın Ermənistan Müdafiə nazirliyinə məxsus УРАЛ markalı 55 37 Տ nömrəli avtomaşın toqquşub.

Qəza nəticəsində hər 2 maşın aşıb. Volkswagen təxminən 70 metr dərəyə yuvarlanıb.

Qəza nəticəsində 10 nəfər bədən xəsarətləri ilə Vardenis hərbi hospitalına köçürülüb. Məlumata görə, yaralananlardan 6-ı müqaviləli hərbi qulluqculardır.

Şahin Qocayev
AzVision.az




Teqlər: #Qəza   #Cəbhə   #Hərbi  





Xəbər lenti