"Londonda terror aktını britaniyalı törədib" - Baş nazir

"Londonda terror aktını britaniyalı törədib" - Baş nazir
  23 Mart 2017    Oxunub:1154
Londonda baş verən terror aktı britaniyalı tərəfindən törədilib
Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, terrorçu tək olub.

Xatırladaq ki, ötən gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və sonra parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlayıb. O, digər polislər tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.(APA)


Teqlər: BöyükBritaniya   Terror  





Xəbər lenti