Saxta pulla bazarlıq edənlər tutuldu

Saxta pulla bazarlıq edənlər tutuldu
  23 Mart 2017    Oxunub:1291
Gəncə sakinlərindən saxta əsginaslar götürülüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarov sərinləşdirici içki alıb, ödəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından, R.Ələkbərov və C.Allahyarov həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.

Onlardan 9 ədəd 20 manatlıq saxta əsginas və 1 ədəd bıçaq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: Saxtapul   Cinayət  





Xəbər lenti