Şirvanda keçmiş məhkum 2 polisə xəsarət yetirib

Şirvanda keçmiş məhkum 2 polisə xəsarət yetirib
  23 Mart 2017    Oxunub:1288
Şirvanda qeyri-qanuni narkotik dövriyyəsində şübhəli bilinən şəxs polis əməkdaşlarına xəsarət yetirib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən iki polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Narkotik   Həbs  





Xəbər lenti