Ukraynada böyük yanğın - 20 min sakin təxliyə olunub

Ukraynada böyük yanğın - 20 min sakin təxliyə olunub
  23 Mart 2017    Oxunub:3115
Ukraynanın Xarkov bölgəsində yerləşən hərbi anbarda böyük yanğın baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, silah anbarındakı yanğına görə yaxınlıqda yerləşən yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Həmçinin yanan anbardan 40 km radiusda uçuşlar qadağan edilib. Şəhərdən yüzlərlə maşın çıxdığı üçün tıxac yaranıb.

Ölən və yaralananlar barədə hər hansı məlumat yoxdur.

AzVision.az


Teqlər: Ukrayna   Yanğın   Silah   Anbar  





Xəbər lenti