Londonda törədilən terrorla bağlı ilk açıqlama

Londonda törədilən terrorla bağlı ilk açıqlama
  23 Mart 2017    Oxunub:1304
Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd Londonda törədilən terror aktından sonra açıqlama verib.

Nazir qeyd edib ki, hadisənin təfərrüatları hələlik bilinmir: “Lakin, əminəm ki, xalqımız mənim kimi hadisə qurbanlarını düşünür və onlar üçün dua edir. Bu, davam edən prosesdir və hökumət rəsmiləri terror aktı ilə bağlı daim yeni məlumatlar alacaqlar”.

Amber Rudd təhlükəzilik qüvvələrinə və təcili yardım xidmətinə xüsusi təşəkkürünü bildirərək deyib ki, hökumətin ən əsas işi əhalinin təhlükəsizliyini təmin etməkdir. O, Britaniya xalqından təlaşa düşməməyi, hər hansı şübhəli hadisə haqqında dərhal polisə məlumat verməyi xahiş edib.

Qeyd edək ki, yaxın saatlarda Baş nazir Tereza Mayin sədrliyi ilə COBR (Kriz vaxtında hökumət rəsmilərinin təcili görüşü) keçiriləcək. (Azərtac)

AzVision.az


Teqlər: Britaniya   Terror  





Xəbər lenti