Londonda terror: Ölən və yaralılar var - FOTOLAR+VİDEO (Yenilənib)

Londonda terror: Ölən və yaralılar var -  FOTOLAR+VİDEO (Yenilənib)
  23 Mart 2017    Oxunub:27761
London polisinin verdiyi məlumata görə, Britaniya paytaxtında baş vermiş teraktda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

***

Son məlumatlara görə, Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxsin maşınını insanların üzərinə sürüb. Sonra maşın parlament binasını əhatə edən barmaqlıqlara çırpılıb. Silahlı şəxs maşından insanların üzərinə atəş açıb.

Cinayətkar daha sonra bıçaqla polislərin üzərinə hücum edib. Nəticədə polis onu vuraraq öldürüb.

Polis hadisəni terror hadisəsi elan edib.




***

Londonda parlamentin yaxınlığında baş vermiş atışma nəticəsində yaralanın biri dünyasını dəyişib.

Bu barədə London mərkəzi xəstəxanasının həkimi bildirib. Onun sözlərinə görə, digər yaralıların vəziyyəti ağırdır.

Londonda baş verən hadisə terror aktı kimi qiymətləndirilir.


***

Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 12 nəfər yaralanıb.

AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, parlamentin işi dayandırılıb, bina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.

“Atışma Vestminster körpüsü üzərində baş verib. Polis hər tərəfi mühasirəyə alıb, əraziyə vertolyot ilə nəzarət olunur", - deyə "Sky News" telekanalının məlumatında bildirilir.









AzVision.az



Teqlər: Britaniya   Parlament   Terror  





Xəbər lenti