Salyanda 38 yaşlı kişi intihar edib

Salyanda 38 yaşlı kişi intihar edib
  22 Mart 2017    Oxunub:1382
Salyanda intihar hadisəsi baş verib.

Hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb. Həmin küçədə, ev 119 ünvanında yaşayan 38 yaşlı Yadigar Əbülfəz oğlu Ələkbərov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd etmək istəyib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alsa da, vəziyyəti ağır olduğundan Salyan Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Lakin xəstə yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər: Salyan   İntihar  





Xəbər lenti