Azərbaycan-Almaniya oyunun hakimləri bilindi

Azərbaycan-Almaniya oyunun hakimləri bilindi
  21 Mart 2017    Oxunub:2514
Millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyunu üçün hakim təyinatları açıqlanıb.
AzVision.az FİFA-nın saytına istinadən xəbər verir ki, matçı italiyalı hakimlər briqadası idarə edəcək.

Məlumata əsasən görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.

Qeyd edək ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.

AzVision.az



Teqlər: Azərbaycan   Almaniya  





Xəbər lenti