Nazir müavini həbs edildi

Nazir müavini həbs edildi
  21 Mart 2017    Oxunub:2587
Belorusun fövqəladə hallar nazirinin müavini Dmitriy Bequn rüşvət almaqda şübhəli sayılaraq həbs edilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belorus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan D. Bequnu minimum 8 ilə qədər həbs gözləyir. Belarus prezidentinin sözlərinə görə, Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti