Yunanıstanda zəlzələ baş verib

Yunanıstanda zəlzələ baş verib
  21 Mart 2017    Oxunub:1402
Yunanıstanın Kalamata şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən yeraltı təkanların episentri Kalamata şəhərində 20 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Yunanıstan   Zəlzələ  





Xəbər lenti