“Azərbaycanla oturub razılaşacağıq” – Ermənistan baş naziri

“Azərbaycanla oturub razılaşacağıq” – Ermənistan baş naziri
  21 Mart 2017    Oxunub:67835
“Bir müddət sonra Azərbaycanla oturub oyun qaydaları barədə razılığa gələcəyimizi istisna etmirəm. Bu bizim dostlaşacağımız anlamına gəlmir. Lakin bu qonşuluqda, eyni ərazidə birgə necə yaşayacağımız barədə razılığa gələcəyimiz anlamına gəlir”.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu parlament seçkiləri ərəfəsində seçicinin Türkiyə və Azərbaycanla sülh və mehriban qonşuluğu necə təsəvvür etməsi barədə sualını cavablandırarkən Ermənistanın baş naziri Karen Karapetyan bildirib.

Karapetyanın sözlərinə görə, ölkənin indiki hakimiyyəti Qarabağ məsələsində erməni müxalifətinə nisbətən daha möhkəmdir: “Vətəndaşlarımız bizi müxtəlif məsələlərdə tənqid edə bilərlər, lakin Qarabağ məsələsində biz daha möhkəmik”.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ  





Xəbər lenti