Zakir Həsənov “Açıq qapı” günündə - Fotolar

Zakir Həsənov “Açıq qapı” günündə - Fotolar
  20 Mart 2017    Oxunub:4501
Bu gün hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.

AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti Puta qəsəbəsində yerləşən hərbi hissənin ərazisində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.

Sonra nazir əsgər valideynləri və yaxınları ilə görüşərək Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələlər barədə söhbət edib. Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olaraq xidməti və inzibati binaları gəzib, bayram münasibətilə təşkil edilən konsert proqramında iştirak etdikdən sonra əsgər yeməkxanasında nahar ediblər. Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az

Qalereya




Teqlər: ZakirHəsənov   MüdafiəNazirliyi  





Xəbər lenti