23 minə yaxın erməni Rusiya vətəndaşlığı alıb

23 minə yaxın erməni Rusiya vətəndaşlığı alıb
  20 Mart 2017    Oxunub:2249
2016-ci ildə 22 min 264 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən il Rusiya vətəndaşlığı alan şəxslərin sayı 265 319 nəfər olub.

2016-cı ildə Ukrayna vətəndaşı olan 100 min 696 nəfər, Qazaxıstan vətəndaşı olan 37 min 837 nəfər, Özbəkistan vətəndaşı olan 23 min 216 nəfər Rusiya vətəndaşlığı alıb.

AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti