Ermənistandan uçan təyyarədə radioaktiv maddə tapıldı

Ermənistandan uçan təyyarədə radioaktiv maddə tapıldı
  20 Mart 2017    Oxunub:5963
Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.
Bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

A. Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.

Belarus Dövlət Sərhəd Xidməti Ermənistandan uçan və tranzit olaraq Belarusdan keçən təyyarənin göyərtəsində radioaktiv yük aşkarlandığını təsdiqləyib.

Belarus Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçakovski bildirib ki, Belarus üzərindən tranzit olaraq keçməklə Ermənistandan Bolqarıstana uçan təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.

Qomel aeroportunda təyyarədə axtarış aparılan zaman radioaktiv yük aşkarlanıb. Təyyarə sərnişin təyyarəsi olmayıb. (APA)

AzVision.az



Teqlər: Ermənistan   Təyyarə   Lukaşenko  





Xəbər lenti