“Niva”nın yaradıcısı ölüb

“Niva”nın yaradıcısı ölüb
  20 Mart 2017    Oxunub:5866
Rusiyanın VAZ 2121 “Niva” markalı avtomabilinin yaradıcısı ölüb.
AzVision.az "Tass"-a istinadən bildirir ki, “Niva”nın yaradıcısı Petr Prusov 76 yaşında vəfat edib.

P. Prusov 1972-ci ildə “Niva” layihəsinin rəhbəri təyin edilib. “Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər “AvtoVAZa” avtokonserninin baş mühəndisi olub.

AzVision.az


Teqlər: Niva  





Xəbər lenti