Yol qəzası bayram günü can aldı

12:54   20 Mart 2017    Oxunub: 373

Bayram günü baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1nəfər ölüb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 20-də saat 2 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN   Qəza   Ölüm  


Rubrikanın digər yazıları