Azərbaycana bahar gəlib - Yenilənib

Azərbaycana bahar gəlib - Yenilənib
  20 Mart 2017    Oxunub:2582
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, Azərbaycan ərazisində baharın gəlişi bu gün Bakı vaxtı ilə təxminən saat 14:28 radələrində baş verib.

Martın 19-da Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

***

Baharın gəlişi martın 20-də Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək.


AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov AzVision.az–a bildirib ki, bu gün ölkədə gecə və gündüz bərabərləşəcək.

“Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bahar   Vaxt   AMEA  





Xəbər lenti