Bakıda tələbə qız qaçırılıb

19:01   19 Mart 2017    Oxunub: 4100

Bakıda tələbə qız qaçırılıb.

Polisə müraciət edən Binəqədi rayon Rəsulzadə qəsəbə sakini 48 yaşlı Xalid Allahyarov (ad şərtidir) bildirib ki, martın 15-də qızı Ülkər qaçırılıb. Şikayətçinin sözlərinə görə, qızı həmin gün İqtisad Universitetinə dərsə gedib və Ağası adlı şəxs onu qaçırıb.

48 yaşlı kişi qızının evlənmək məqsədi ilə qaçırıldığını deyib və məsələnin həll edilməsində polisdən kömək istəyib. (Lent.az)

AzVision.az

Teqlər: DİN    




Rubrikanın digər yazıları