"Audi"dən içi pull dolu kisəni oğurladılar

16:15   19 Mart 2017    Oxunub: 890

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də Bakı şəhər sakini Ruslan Məmmədova məxsus "Audi" markalı avtomobildən içərisində 1300 manat və 90 ABŞ dolları pul, habelə bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüstəm Vəliyev tutulub.

Araşdırma aparılır.

Teqlər: DİN   Oğurluq  




Rubrikanın digər yazıları