RƏSMİ: Ermənistandan heç bir heyvan ölkəmizə idxal edilməyib
Məlumatda qeyd edilir ki, Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir: “Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib”.
DBNX yayılmış məlumatların həqiqəti əks etdirmədiyini, heç bir real faktlara əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir.
Xidmət onu da bildirir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.(APA)
Teqlər: DBNX