"Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirildi

"Roskosmos"un rəhbəri həbsxanada qətlə yetirildi
  18 Mart 2017    Oxunub:2058
Dələduzluq maddəsi ilə həbs olunan "Roskosmos" korporasiyasının icraçı direktoru Vladimir Yevdokimov Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən cəzaçəkmə müəssisəsində ölü tapılıb.
Bu barədə "Interfax" agentliyi öz mənbələrinə istinadən yazır.Bildirilir ki, ölümün səbəbləri araşdırılır.

İnformasiyanı Cəzaların İcrası Federal Xidməti təsdiqləyib. Rusiya İstintaq Komitəsinin Moskva İdarəsindən isə bildirilib ki, V.Yevdokimov aldığı bıçaq yaralarından ölüb.

"Roskosmos"un bəyanatında isə bildirilir ki, dövlət korporasiyası hadisənin hərtərəfli araşdırılmasını tələb edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.(APA)

AzVision.az


Teqlər: Rusiya   Qətl   Həbsxana  





Xəbər lenti