Motosiklet aşdı, sürücü öldü

Motosiklet aşdı, sürücü öldü
  18 Mart 2017    Oxunub:1820
Martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, qəza zamanı Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi “Honda” markalı motosikleti aşırıb. Nəticədə E. İldarov hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti