Fransada qorxulu hadisələr baş verir: Polislər güllələndi

13:40   18 Mart 2017    Oxunub: 6445

Fransanın paytaxtı Parisdə naməlum şəxs üç polis əməkdaşını güllələyib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, polislərdən biri yaralanıb. Cinayətkar hadisə yerindən qaçıb. Xüsusi təyinatlılar onun axtarışına başlayıblar.

Qeyd edək ki, daha əvvəl şəxsiyyəti müəyyənləşdirilməyən şəxs də Parisin Orli hava limanında hərbçilərə hücum edərək onların silahını almağa çalışıb. Lakin hərbçilər ona atəş açaraq zərərsizləşdirə biliblər.

Hazırda hər iki hadisənin bir-biri ilə bağlılığının olub-olmaması araşdırılır.

“Orli” hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub. Last News nəşrinin yaydığı xəbərə görə, təxliyə edilənlərin sayı 3 min nəfərə yaxındır. Fransanın daxili işlər naziri Brüno Le Runun da aeroporta gəldiyi deyilir.

Polis tərəfindən hava limanında axtarış aparılır.

Eldar Əlvanoğlu
AzVision.az

Teqlər: Fransa   Paris  




Rubrikanın digər yazıları