Cəbhəboyu hərbi hissələrdə görüş keçirilib - Fotolar

13:27   18 Mart 2017    Oxunub: 581

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2017-ci ilə dair birgə tədbirlər planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

AzVision.az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.

Yerli icra strukturları, ictimaiyyətin nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin də iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.

AzVision.az

Foto


Teqlər: MüdafiəNazirliyi   Cəbhə    


Rubrikanın digər yazıları