Nalbandyan BMT-nin baş katibinin qəbulunda - Qarabağı müzakirə etdilər

Nalbandyan BMT-nin baş katibinin qəbulunda - Qarabağı müzakirə etdilər
  18 Mart 2017    Oxunub:1601
Martın 17-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb. AzVision.az erməni XİN-lərinə istinadən xəbər verir ki, görüşdə tərəflər regional və beynəlxalq məsələlərə toxunublar.
Onlar Yaxın Şərqdə, miqrasiya axınları ilə bağlı problemləri, qaçqınların vəziyyətini də müzakirə ediblər. A.Quterreş qaçqınlara sığınacaq verilməsi üzrə Ermənistanın səylərini qiymətləndirib .

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Erməni nazir Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrini dəstəklədiklərini vurğulayıb.

A.Quterreş deyib ki, BMT ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: BMT   Qarabağ   Nalbandyan  





Xəbər lenti