Qadın məhbuslar... - ŞƏRHSİZ FOTOLAR

Qadın məhbuslar... - ŞƏRHSİZ FOTOLAR
  17 Mart 2017    Oxunub:13712
Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrası başa çatıb. Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv edilənlər arasında qadınlar da var. Ümumilikdə 18 qadın məhbusun adı sərəncamda qeyd olunub. 14 qadın cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində azadlığa çıxacağı günü həsrətlə gözləyən onlarla qadın məhbus var. Törətdikləri cinayət əməlinə görə, azadlıqları əlindən alınan bu qadınlar nə vaxtsa əfvə düşüb, dəmir barmaqlıqlardan xilas olacaqlarına ümid edirlər.

Özlərinin dedikləri kimi, məhbus üçün ümid heç vaxt ölmür.

AzVision.az 4 saylı qadın cəzaçəkmə müəssisəsindən çəkilən fotoları təqdim edir:













Foto: Elvin Abdulla

Qalereya




Teqlər: Əfv   Həbsxana  





Xəbər lenti