Ohanyan uduzsa, Babayan silahlı üsyan edəcək

Ohanyan uduzsa, Babayan silahlı üsyan edəcək
  17 Mart 2017    Oxunub:1369
Ermənistanda parlament seçkiləri öncəsi vəziyyət kritik həddə çatıb. Deputat olmaq istəyən namizədlər bir-birilərini silahla hədələmkdən belə çəkinmirlər.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb. iddia edilir ki, seçkilərdən sonra “DQR-nın sabiq ordu komandanı” Samvel Babayan ölkədə silahlı üsyana hazırlaşır.

“Əgər Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Hovannisyan ittifaqı Ermənistan parlamentində təmsil olunmasa, Samvel Babayan geniş etiraz aksiyaları ilə silahlı üsyan təşkil etməyə hazırlaşacaq”, - qəzet yazıb.

Nəşrin xəbərinə görə, əslində “Sasna Tsrer-2” silahlı qruplaşmasının təkraralanmasına yalnız İrəvanda deyil, Ermənistanın müxtəlif bölgələrində də cəhd olunacaq: “Çoxsaylı bölgələrdə dövlət strukturlarının tutulması o əqidə ilə gerçəkləşdiriləcək ki, Ermənistan polis və hüquq-mühafizə orqanlarının digər bölmələrinin qüvvələri eyni zamanda bir neçə bölgədə vəziyyəti nəzarət altına ala bilməsinlər”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Üsyan   İrəvan   Ohanyan  





Xəbər lenti