Əfv sərəncamının icrasına başlanıldı - Video

09:01   17 Mart 2017    Oxunub: 1350

Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamın icrasına başlanılıb.

Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var.



AzVision.az

Teqlər: Prezident   Əfv  




Rubrikanın digər yazıları