Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bəlli oldu - Video

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bəlli oldu - Video
  16 Mart 2017    Oxunub:2379
ABŞ Senatı keçmiş senator Deniyel Koutsu (Dan Coats) Milli Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiqləyib. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatda keçirilən səsvermə nəticəsində 73 yaşlı Kouts bu vəzifəyə layiq görülüb.
Qeyd edək ki, Kouts 10 ildən çox Senat üzvü olub. Daha əvvəl isə 4 il Nümayəndələr Palatasının üzvü olub. Kouts Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü vəzifəsində də işləyib. Kouts kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri olub.

Məlumat üçün bildirək ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu daxil olmaqla, ABŞ-ın 17 xüsusi xidmət orqanının fəaliyyətini əlaqələndirir.



AzVision.az


Teqlər: ABŞ   Kəşfiyyat  





Xəbər lenti