Aprel şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək

Aprel şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
  16 Mart 2017    Oxunub:1748
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə aprelin 17-dən 19-dək cüdo üzrə 21 yaşınadək oğlanlar və qızlar arasında klubların beynəlxalq komanda yarışı keçiriləcək.

Turnirin təşkilat komitəsindən verilən məlumata görə, yarış ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr ediləcək.

Yarışda hər komandadan 7 idmançı, o cümlədən 5 oğlan və 2 qız iştirak edə bilər. Oğlanlar 60, 66, 73, 81 və 81 kiloqramdan yuxarı, qızlar isə 57 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. İlk üç yeri tutacaq komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.

AzVision.az


Teqlər: Nazirlik   Turnir   Şəhid   Aprel  





Xəbər lenti