Müdafiə naziri döyüş hazırlığı ilə bağlı tapşırıq verdi
Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.
AzVision.az
Teqlər: MüdafiəNazirliyi ZakirHəsənov Ordu Döyüş