Sarkisyan rəqiblərini güllələtdirdi - Yenilənib

Sarkisyan rəqiblərini güllələtdirdi - Yenilənib
  14 Mart 2017    Oxunub:16342
Bu gün, martın 14-də Armavir vilayətinin Crarat kəndində Ermənistanın hakim Respublika partiyasının yerli strukturlarının nümayəndələri “Оhаnyan-Raffi-Oskanyan” (Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan prezidentliyinə namizəd Raffi Ovanesyan, Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyanın başçılığı altında yaradılan seçki bloku) blokunun rəsmilərinə silahlı hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı blokun seçkiqabağı qərargahı yayıb.

Qeyd olunub ki, silahlı hücum nəticəsində 3 nəfər yaralanıb və təcili olaraq paytaxtdın “Erebuni” tibbi mərkəzinə gətirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Xatırladaq ki, martın 12-də Armavir vilayətinin Crarat kəndində “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun nümayəndələri seçicilərlə görüşdən sonra bir qrup şəxslə mübahisələri düşüb. Daha sonra mübahisə davaya çevrilib. Nəticədə general Levon Eranosyanın qardaşı, polis polkovniki Lernik Eranosyan üzərində gəzdirdiyi şəxsi “Makarov” tipli tapancasından göyə 3 dəfə atəş açıb. “Ohanyan - Raffi – Oskanyan” blokun nümayəndələrinin dediyinə əsasən mübahisə kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlamasından sonra baş verib.

Ermənistan İstintaq Komitəsi bildirib ki, martın 12-də axşam saat 18.00 radələrində Crarat kəndində baş vermiş dava zamanı Lernik Yeranosyan və Mikael Baboyan adlı şəxslər ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı beş nəfər saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Ohanyan  





Xəbər lenti