Ohanyan Sarkisyanı bütün sirləri ifşa etməklə hədələyir

Ohanyan Sarkisyanı bütün sirləri ifşa etməklə hədələyir
  14 Mart 2017    Oxunub:5151
Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Tərəflər bir-birlərini təhdidə davam edirlər. Bu çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir.
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca tərəflər arasında gərginlik də artır. Müxalifət-iqtidar çəkişməsi artıq pik həddə çatıb. Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra fəal siyasətçilər Raffi Ovanisyan, Vardan Oskanyan ilə blok yaradan keçmiş müdafiə naziri S.Ohanyan hökumətin hədəfindədir. Baş nazir Karen Karapetyan onu vəzifədə olduğu dövrdə hərbi hissələri talamaqda günahlandırır. S.Ohanyan hakimiyyəti bütün sirləri ifşa etməklə hədələyir.

“Jamanak” qəzetinin məlumatına görə, S.Ohanyan Ermənistan prezidenti Serj Sarkisyana çatdırıb ki, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün faktları məhkəmə qarşısına çıxaracaq. Kotayk vilayətində keçirilən mitinqdə də keçmiş müdafiə naziri bu barədə danışıb. Bildirib ki, Ermənistan ordusunda hərbi texnika, sursat və yanacaq çatışmazlığı indi də var. Onun istefaya göndərilməsi ilə də vəziyyət düzəlməyib. Ermənistan əhalisi də ölkədə yaxşıya doğru heç nə gözləmir. İnsanlar bitib-tükənməyən problemlərdən yorulublar.

İrəvan sakinləri deyirlər ki, onları ölkədə keçirilən heç bir seçki maraqlandırmır. Daxili çəkişmələrdən yorulan əhali sadəcə problemlərinin həllini istəyir. (Azərtac)

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Ohanyan  





Xəbər lenti