Türkiyə Hollandiyaya qarşı sanksiya tətbiq edəcək

Türkiyə Hollandiyaya qarşı sanksiya tətbiq edəcək
  13 Mart 2017    Oxunub:1506
Türkiyə davam edən diplomatik qalmaqal fonunda şübhəsiz ki, Niderlanda qarşı sanksiyalar tətbiq edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik bildirib.

"Onlara cavab veriləcək. Ancaq bizə "gərginliyi azaldın" deməsinlər. Bu məsələdə Avropa İttifaqı və Avropa Şurasının üzərinə böyük vəzifə düşür. Onların tərəflərə təmkinlik göstərməyi təklif etməsi bizim üçün yetərli deyil".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

AzVision.az


Teqlər: Türkiyə   Niderland  





Xəbər lenti