Gömrükdə pirotexniki vasitələr aşkar edilib

Gömrükdə pirotexniki vasitələr aşkar edilib
  11 Mart 2017    Oxunub:1330
Gömrük əməkdaşları pirotexniki vasitələri aşkar edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DövlətGömrükKomitəsi   pirotexnikivasitələr  





Xəbər lenti