Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı
  10 Mart 2017    Oxunub:1902
Martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekunu olaraq, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

AzVision.az


Teqlər: MüdafiəNazirliyi   Azərbaycan   Hərbi  





Xəbər lenti