Ölən tələbələrin sayı 5-ə çatdı - VİDEO+FOTOLAR (YENİLƏNİB)

Ölən tələbələrin sayı 5-ə çatdı - VİDEO+FOTOLAR (YENİLƏNİB)
  09 Mart 2017    Oxunub:88841
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb. AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Qeyd edək ki, ölənlərin hamısı tələbədir.
Belə ki, qəza nəticəsində ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.



Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. L.Nəsibova əməliyyat edilib, vəziyyəti kritikdir.

İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

***


(Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad)


(Qəzada dünyasını dəyişən tələbə 1996-cı il təvəllüdlü İbrahim Nəsibov)

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, qəzada ölən şəxslərin 3-ü tələbədir. Onlardan ikisi oğlan, biri isə qızdır.

***

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin iki tələbəsi həyatını itirib, bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib.

SDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hal-hazırda Sumqayıt Dövlət Universitetinin rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya veriləcək.

Qeyd edək ki,Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən qəza zamanı 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

***

Qəza zamanı dünyasını dəyişən tələbələrin adları məlum olub.

SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı yaralanan tələbələr Sumqayıt Şəhər Xəstəxanasına və Bakıda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

Anar Kəlbiyev
Aytən Zəhra

AzVision.az


Teqlər: Sumqayıtyolu   Qəza   SDU  





Xəbər lenti