Şəhərin mərkəzində yarmarka açdılar - Fotolar

Şəhərin mərkəzində yarmarka açdılar - Fotolar
  07 Mart 2017    Oxunub:3265
Bayram öncəsi yarmarkaların təşkil edilməsi artıq ənənə halını alıb. 8 Mart və Novruz bayramına hazırlaşan Bakı sakinləri ucuz məhsul almaq üçün bu yarmarkalara üz tuturlar.
AzVision.az-ın əməkdaşı “28 May” metrostansiyasının yaxınlığında yerləşən yarmarkada qiymətlərlə maraqlanıb.

Bayram yarmarkasında uşaqlar üçün oyuncaqların qiyməti 6 manatdan başlayır 25-30 manatadək dəyişir.

Şirniyyatların qiyməti isə 5-15 manatadır. Bu qiymətə cürbəcür şokoladlar və digər şirniyyat növləri almaq olar.

İrandan gəldiklərini deyən və alıcıları İran ləhcəsi ilə salamlayıb çağıran satıcılar isə bizi satdıqları şirniyyatın dadına baxmağa və ucuz qiymətə almağa səsləyirdilər. Adını bilmədiyimiz bu şirniyyatların qiymətlərini yerli maldan baha hesab etmək olmazdı.

Satılan digər suvenirlər, maraqlı bəzək əşyaları foto çərçivələri isə ölçüsündən, formasından aslı olaraq qiymətləndirilmişdi. Məsələn, kiçik bəzəkli şamları 60 qəpiyə, bir manata, bir manat 50 qəpiyə ala bilərsiniz. Ən ucuz şəkil çərçivəsini 3 manat 50 qəpiyə, 4 manata almaq mümkündür. Bir sözlə, yarmarkaya girib nəsə almaq istəyirsinizsə, ən azı 5 manat pul xərcləməlisiniz.

Yarmarkada apardığımız müşahidələr göstərir ki, satıcılar müştəri çoxluğundan, alıcılar isə qiymətlərdən narazı deyillər.



















Şahanə Rəhimli
Elvin Abdulla



Teqlər:





Xəbər lenti