Heykəltəraş şəhidimizin ad günüdür - FOTOLAR

Heykəltəraş şəhidimizin ad günüdür - FOTOLAR
  06 Mart 2017    Oxunub:26113
Bu gün aprel döyüşlərində şəhid olan əsgər Samir Kaçayevin doğum günüdür.
AzVision.az xəbər verir ki, Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonun Çuxuryurd kəndində anadan olub.

Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi.



2011-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. O, magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb.

Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüş zamanı qəhrəmancasına şəhid olub.



Samir Kaçayev aprelin 3-də doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində dəfn olunub. Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.






Anar Kəlbiyev
AzVision.az


Teqlər: Şəhid   Apreldöyüşü   Cəbhə  





Xəbər lenti