Azərbaycanlı milyarderin sərvəti açıqlanıb

Azərbaycanlı milyarderin sərvəti açıqlanıb
  02 Mart 2017    Oxunub:4075
Dünyanın ən varlı adamlarının adları açıqlanıb.
AzVision.az xəbər verir ki, siyahıda Rusiyanın “Lukoil” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərovun da adı var. Dünyanın 104-cü varlı adamı olan V.Ələkbərov 11,4 milyard dollar sərvətə sahibdir.

Milyarderlər siyahısına Bill Qeyts (“Microsoft” kompaniyası) başçılıq edir. Onun 85,2 milyard dollarlıq sərvəti var.

İkinci yerdə 77,2 milyard dollar vəsaiti olan Uorren Baffet, üçüncü 73,1 milyard dollar vəsaitlə Ceff Bezos, dördüncü 68,5 milyard dollarlıq varidatla Amansio Orteqa dayanır.

AzVision.az


Teqlər:





Xəbər lenti