69 yaşlı Hamlet İsaxanlı: `Mən həmin insanam...`

69 yaşlı Hamlet İsaxanlı: `Mən həmin insanam...`
  01 Mart 2017    Oxunub:3742
Bu gün tanınmış alim, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının ad günüdür. Professor 69 yaşını qeyd edir.

AzVision.az bu münasibətlə H.İsaxanlı ilə əlaqə saxlayaraq, ondan ad günü təəssüratlarını öyrənib.

Hamlet müəllim doğum gününüzü təbrik edirəm. Sizə sağlamlıq və xoşbəxtlik diləyirəm.

-Diqqətiniz üçün təşəkkür edirəm.

-Mən 5 il bundan öncə sizin ad gününüzü zəng edib təbrik etmişdim. Zəng edəndə çay içdiyinizi, başınızı söhbətə qatdığım üçün çayın soyduğunu zarafatla demişdiniz.

- (Gülür).Hə,bu dəfə gecikdiniz. Artıq çayımı içmişəm. Yoldayam, işə gedirəm.Bu gün mənim üçün adi gündür. Dünənkindən çox da fərqlənmir. Fərq yalnız ondadır ki, bu gün işə bir az gec gedirəm. Əhvalım yaxşıdır. Enerjiliyəm və sevdiyim işlə məşğulam.

- 69 yaş elə belə iş deyil. Sizi kifayət qədər “varlı” insan hesab etmək olar. Yəqin ki,bu günü qeyd edəcəksiniz

- Hay- küylü, səs- sədalı mərasim keçirməyəcəyəm. Bu gün nə xarakterim , nə də kimliyim dəyişib. Mən eyni insanam, dəyişilməmişəm.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti