Bu gün aprel şəhidinin ad günüdür - Fotolar

Bu gün aprel şəhidinin ad günüdür - Fotolar
  28 Fevral 2017    Oxunub:13172
Bu gün aprel döyüşlərində şəhid olan əsgər Kamran Şirəliyevin doğum günüdür.
AzVision.az xəbər verir ki, Kamran Şirəliyev 28 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub. Burada da təhsilini başa vuran Kamran 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.



Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Aprelin 6-ı Suraxanı məzarlığında dəfn edilib.



Kamran Şirəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.





AzVision.az


Teqlər: Şəhid   Apreldöyüşü  





Xəbər lenti