Gömrükdə növbəti siqaret əməliyyatı

Gömrükdə növbəti siqaret əməliyyatı
  20 Fevral 2017    Oxunub:1432
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd "Comet" adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti