Gömrükdə telefon əməliyyatı keçirilib

Gömrükdə telefon əməliyyatı keçirilib
  14 Fevral 2017    Oxunub:1720
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində gömrük baxışı həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, baxış zamanı 4 ədəd “Samsung Galaxy J5”, 3 ədəd “Samsung Galaxy J2 prime”, 1 ədəd “Samsung Galaxy J7” markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti