ABŞ Ərəbistan vəliəhdini mükafatlandırdı

ABŞ Ərəbistan vəliəhdini mükafatlandırdı
  11 Fevral 2017    Oxunub:1763
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mayk Pompeo terrorizmlə mübarizədə xidmətlərinə görə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Naifini medalla təltif edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Pompeo Ər-Riyad şəhərində cümə günü Ankara səfərindən sonra gəlib. Mükafatlandırma mərasimi həmin gün keçirilib.

MKİ Məhəmməd ibn Naifin antiterror sahəsində yüksək kəşfiyyatçılıq fəaliyyətini, beynəlxalq təhlükəsizliyin və sülhün təmin edilməsinə töhfəsini qiymətləndirib.

Medal 1997-ci ildən 2004-ci ilədək MKİ direktoru olmuş Corc Tenetin adını daşıyır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman Əbdüləziz əl-Saud qardaşı oğlu 56 yaşlı Məhəmməd bin-Naif bin-Əbdüləzizə vəliəhd titulu verib. Kral öldükdə və ya vəzifə səlahiyyətlərini itirdikdə vəliəhd taxt-taca birbaşa yiyələnir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti