Gəncədə hesabat yığıncağı keçirilib

Gəncədə hesabat yığıncağı keçirilib
  08 Fevral 2017    Oxunub:6668
Gəncədə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
AzVision.az xəbər verir ki, hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar, eləcə də idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağında Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

Hesabat yığıncağını giriş sözü ilə açan şəhər rəhbəri, bildirib ki, Gəncə şəhərində 2017-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq. 2017-ci ildə Gəncənin sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək.

“DET.AL Alüminium” MMC-nin baş direktoru Sərxan Babayev bildirib ki, ötən il hazır məhsul ehtiyatlarının 84,0 faizi ” MMC-nin anbarında toplanılıb. Şəhər iqtisadiyyatında mühüm rol oynayan “DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium zavodunda 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 22,7 faiz artmışdır. “DET.AL Alüminium” MMC dünyanın 17-dən çox ölkəsinə məhsul göndərir və müəssisə tam gücü ilə işini davam etdirir. “DET.Al Alüminium” MMC-də 2017-ci ildə istehsalın genişləndirilməsi ilə əlaqədar olaraq Anod istehsalı zavodu və II Faza Elektrolid zavodunun inşası, yeni istehsal xətlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Gəncə Avtomobil Zavodu İB-nin baş direktoru Kamran Nəzərov isə hesabat məruzəsində vurğulayıb ki, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyi Belarusiyanın Minsk Traktor zavodu, Rusiyanın Ural Avtomobil zavodu və digər zavodlarla qarşılıqlı səmərəli layihələrin axtarışı və reallaşdırılmasına istiqamətləniblər. Şəhər iqtisadiyyatında mühüm rol oynayan “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyində 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 1,8 dəfə artmışdır.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında diqqətə çatdırıb ki, 2016-cı il ərzində gənclərlə iş sahəsi üzrə 207 tədbir keçirmiş, o cümlədən 192 yerli, 15 beynəlxalq tədbir, həmçinin idman sahəsi üzrə idmanın müxtəlif növlərindən 64 şəhər birinciliyi və kütləvi idman tədbirləri keçirmiş, həmin tədbirlərdə 60 mindən çox gəncin iştirakı təmin edilmişdir. “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsi çərçivəsində “Türk Şurasının Gənclər Festivalı”, “Avropa Gənclər Festivalı”, “Tarixin canlı səhifələri IV Festivalı”, “Avropa Şəhərciyi 2016-Gəncə”, “Wonderland Azərbaycan” beynəlxalq yay düşərgəsi, Ümumrespublika “Gənclər Debat Forumu – Payız 2016” layihəsinin final mərhələsi, beynəlxalq forumlar və sair bu kimi onlarla iri həcmli layihə uğurla reallaşdırılmışdır.

2016-cı ilin dekabrın 20-də “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin təntənəli bağlanış mərasimi keçirilmişdir. Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən bu layihədə fəal iştirak edənlər fəxri fərmanlarla təltif olunmuşlar. Avropa Gənclər Paytaxtının simvolik açarı 2017-ci ilin “Avropa Gənclər Paytaxtı” seçilmiş Bolqarıstanın Varna şəhərinin meri İvan Portnixə təqdim olunmuşdur. İl ərzində müxtəlif idman növləri üzrə 37 Respublika, 8 Beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 Paralimpiya yarışlarında ümumilikdə 460 idmançımız iştirak etməklə, 163 müxtəlif əyarlı medal qazanmışlar. Onlardan 74-ü qızıl, 52-si gümüş, 37-si bürünc medal olmuşdur.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin hesabat məruzəsi dinlənilib. Şəhər rəhbəri bildirib ki, 2016-cı il ərzində şəhərdə müqayisəli qiymətlərlə 859,5 milyon manat ümumi daxili məhsul buraxılmışdır ki, bu da faktiki qiymətlərlə 956,1 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 18,8 milyon manat çoxdur. Orta aylıq əmək haqqı il ərzində ticarətdə 363,7 manat, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat bölməsində 428,9 manat, emal sənayesində 368,6 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 517,9 manat, maliyyə və sığorta bölməsində 897,9 manat təşkil etməklə, digər sahədə çalışanların orta aylıq əmək haqqından daha artıq olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında əvvəlki illərdən qalan qalıqlar da nəzərə alınmaqla, hazır məhsul ehtiyatı 19 milyon 259 min manat olmuşdur. Hazır məhsul ehtiyatlarının 4,8 faizi “MKT İstehsalat Kommersiya” MMC-nin “Gəncə Tekstil” filialının, 3,0 faizi “Gəncə Əlvan Metal Emalı” ASC-nin, 2,0 faizi “SEMPA” QSC-nin və 6,2 faizi isə digər sənaye müəssisələrinin anbarlarında toplanmışdır.

Respublikada sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncə şəhərində Stadler sərnişin vaqon istehsalı zavodunun tikintisinə cari ildə başlanılması məqsədilə intensiv işlər aparılır. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən illik istehsal gücü 3,5 milyon kv. metr olan Süni mərmər qranit və quru inşaat qarışıqları zavodunun, “MFK” MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan müəssisənin inşası davam etdirilməkdədir.

“2016-cı ildə Gəncədə keçirilən “IV Beynəlxalq Şərab Festivalı”nda “Gəncə Şərab-2” ASC-nin istehsal etdiyi “Roze” şərabı qızıl medala, “Hill side” Saperavi şərabı isə gümüş medala layiq görülmüşdür. 2017-ci ildə müəssisədə üzümçülük təsərrüfatı 15 hektar genişləndirilərək ümumi sahəsi 420 hektara çatdırılacaqdır. “Gəncə Cihazqayırma zavodu” ASC-də 2016-cı ildə 450 min manata yaxın yeni müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılıb istifadəyə verilmişdir. İstehsal olunan məhsulun 2 milyon 787 min manatı xaricə ixrac olunmuşdur. 2017-ci ildə müəssisədə yeni qaz tənzimləyici şkafların istehsalı nəzərdə tutulur.

Elmar Vəliyev bildirib ki, Gəncəçay çayında suyun səviyyəsinin qalxması səbəbindən çayın məcrasında inşa edilmiş evlərin köçürülməsi ilə əlaqədar Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün ayrılan ərazidə kompleks tikinti işləri davam etdirilir. Gəncə şəhəri, Cavad xan küçəsi, 34, Atatürk prospekti, 264 və 266 nömrəli ünvanlardakı qəza vəziyyətində olan yaşayış binaları sökülərək sonuncu binaların yerində ucaldılmış yeni 5 mərtəbəli, 50 mənzilli yaşayış binası inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Burada, həyətdə 2 ədəd 50 kvm-lik su çəni, qazanxana, nasosxana, 630 kvt-lıq transformator, mənzillər su, işıq və qaz ilə tam təmin olunmuşdur.

Yenidənqurma işlərinin davamı olaraq 10-6/ 0,4 kV-luq elektrik şəbəkəsində 2016-cı il ərzində 20,2 kilometr uzunluğunda 10-6 kV-luq elektrik verilişi xətləri, 826 transformator məntəqəsi əsaslı və cari təmir olunmuş, 17,9 kilometr uzunluğunda yeni müasir tipli özüdaşıyan izolyasiyalı naqil “SİP” və kooksial kabel xətti çəkilmiş və 3,5 km uzunluğunda olan “SİP” xətti isə yeni dirəklər üzərinə köçürülmüşdür. Şəhər ərazisində ayrı-ayrı ünvanlarda - Cavad xan qəsəbəsində 4 ədəd, Məhsəti qəsəbəsində 2 ədəd, Natəvan qəsəbəsində 1 ədəd, Şıxzamanlı qəsəbəsində 1 ədəd, Sadıllı qəsəbəsində 1 ədəd, Yeni Gəncə yaşayış massivində 2 ədəd, mikrorayonlarda 2 ədəd, Totanlı küçəsində isə 1 ədəd, cəmi 15 ədəd 6,8 mVA gücündə müasir tipli Kompleks Transformator məntəqələri (SKTM) quraşdırılmışdır.

Gəncə Qaz İstismarı Sahəsi tərəfindən 2016-cı ildə mövcud qaz şəbəkəsinin təhlükəsiz istismarının təmin edilməsi, onun istehlakçılara nəqli, həmçinin qaz itkisinin azaldılması sahəsində müəyyən işlər görülmüşdür. İl ərzində qaz şəbəkəsinin qorunub saxlanılması, sənaye və məişət istehlakçılarına verilən qazın təzyiq rejimlərinin nizamlanması məqsədi ilə şəhərin ayrı-ayrı ərazilərində 39 ədəd qaz tənzimləyici şkaf və 8 ədəd siyirtmə yenisi ilə əvəz edilmiş, həmçinin müvafiq olaraq 992 ədəd QTŞ və 343 ədəd siyirtmə əsaslı təmir və təftiş edilmişdir.

Şəhərdə su şəbəkəsində və kanalizasiya sistemində aparılan yenidənqurma işləri ilə yanaşı, mövcud şəbəkənin fasiləsiz işinin təmin edilməsi ilə əlaqədar Gəncə “Sukanal” Törəmə SC tərəfindən müəyyən təmir-bərpa işləri aparılmışdır. Belə ki, 2016-cı il ərzində ayrı-ayrı ünvanlarda ümumi uzunluğu 22 min 82 p/metr və 1 min 53 p/metr müxtəlif diametrli müvafiq olaraq magistral və məhəllədaxili su və kanalizasiya borusu, 4 min 615 p/metr uzunluğunda müxtəlif en kəsikli elektrik kabeli, 60 ədəd müxtəlif ölçüdə su nizamlayıcı siyirtmə, 81 ədəd kanalizasiya lyuk qapağı, 3 ədəd elektrik mühərriki və subartezian nasosu dəyişdirilib yenisi ilə əvəz edilmişdir.

Hesabat dövründə 240 yerlik 31 nömrəli Körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. 120 yerlik 1 nömrəli və 240 yerlik 44 nömrəli Körpələr evi-uşaq bağçalarında yenidənqurma və əsaslı təmir işləri, həmçinin Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilməkdədir. Şıxzamanlı qəsəbəsində 240 yerlik 25 nömrəli Körpələr evi-uşaq bağçası Yaponiyanın Azərbaycandakı səfirliyinin və şəhər İcra Hakimiyyətinin birgə səyi nəticəsində tam əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bağça müasir istilik sistemi ilə təchiz edilib, gigiyenik tələblərə cavab verən mətbəxi və camaşırxanası müasir səviyyədə yenidən qurulmuş, bağçanın ətrafında təmizlik, səliqə-sahman yaradılmış, yaşılıq zolaqları salınmışdır.

30 saylı tam orta məktəbdə 1936-39-cu illərdə fəaliyyət göstərən 20 nömrəli təyyarəçilik məktəbində təlim keçən ispan təyyarəçiləri və onların təlimçilərinin xatirəsinə həsr olunmuş muzey yaradılmışdır. İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının və Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndə heyətinin 2016-cı ilin noyabr ayının 27-28-də Gəncə şəhərinə səfəri zamanı muzeyin təntənəli açılışı olmuşdur. Qonaqlar həmçinin şəhərin Fəxri xiyabanındakı İspan təyyarəçilərinin xatirə kompleksini, burada dəfn olunan qohumları və yaxınlarının qəbirüstü abidəsini ziyarət etmişlər.

“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqdisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar hesabat dövründə Azərbaycan Dövlət Aqrar Universitetində 7 mərtəbəli 514 yerlik tələbə yataqxanası istifadəyə verilmiş, layihə çərçivəsində ikinci yataqxananın tikintisi isə davam etdirilir. Yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişəti ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulmuşdur.

2016-cı ildə A.Səhhət adına 1 nömrəli şəhər Xəstəxanası və İnfeksion Xəstəxana, 6 saylı Poliklinika əsaslı təmir olunmuş, müasir tibbi avadanlıq və cihazlarla təmin olunaraq istifadəyə verilmişdir. A.Səhhət adına 1 nömrəli şəhər Xəstəxanası ən müasir müalicə metodlarından sayılan Nüvə Maqnit Rezonans və Kompyuter Tomoqrafiyası, Ultrasəs müayinə, rəqəmsal rentgen aparatı, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, koaqulometrlə narkoz aparatları, monitorlarla və digər aparat də avadanlıqlarla təmin olunaraq istifadəyə verilməsi sakinlərin yüksək səviyyədə səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaratmışdır.

2016-cı il ərzində şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərin 25,6 faizi müsbət, 6,6 faizi qismən həll olunmuş, 62,9 faizi üzrə müvafiq izahat verilmiş, 1,8 faizi əsassız sayılmış, 0,9 faizi icraatdadır, 2,2 faizi aidiyyəti üzrə göndərilmiş və icrası nəzarətdədir. Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları-- maliyyə və bank məsələləri 22, nəqliyyat 31, torpaq 501, elm və təhsil 34, səhiyyə 71, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı 31, əhalinin sosial müdafiəsi və pensiya 162, dövlət sosial müdafiəsi 30, mənzil 696, tikinti 560, əmək (işsizlik, əmək haqqı) 184, enerji daşıyıcıları və su təchizatı 114, birdəfəlik maddi yardım və məişət 401, təbii texnogen hadisələr və fövqəladə hallar 31 və digər məsələlər təşkil etmişdir.

Elmar Vəliyev 2017-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, bütün sahələrdə sosial, iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq, həm infrastruktuk layihələr həyata keçirilməsi, işıq, qaz, su layihələrinin davamlı həyata keçirilməsi nəzərdə tutulur: “Şəhərimizdə mart ayının sonuna qədər 4 saylı internatın, 14 saylı orta məktəbin, 1 saylı peşə məktəbin, 1 saylı liseyin istifadəyə verilməsi nəzərdə tutulub. 1 saylı uşaq bağçası Novruz bayramı ərəfəsində istifadəyə veriləcək. Şəhərin 1 saylı məktəb və 2 saylı peşə məktəbinin də əsaslı təmirindən sonra may ayında açılışı olacaq. Bundan əlavə şəhərdə digər layihələr icra olunur. Gəncə Dövlət Filarmoniyasında son tamamlanma işləri gedir. Bu il dövlət rəhbərinin tapşırığı ilə açılışı olmalıdır. 5 ulduzlu otelin tikintisi və Gəncə Mallın tikintisi davam etdirilir. Vətəndaşların yolu rahat keçməsi üçün 2 keçid tikilir. Şəhərin mərkəzində yağış sularının ötürülməsi üçün kanalizasiya xətti çəkilir və şəhərin mərkəzində yeni formada asfalt əvəzinə daş piltələr düzüləcək. Gəncə "BazarStore"də 20 hektar ərazidə böyük işlər davam etdirilir. Ət kəsim kombinatında işlər davam etdiriləcək. Kərpic zavodunda işlər yekunlaşmaq üzrədir. Suni mərmər və qranit zavodunda işlər sürətlə davam etdirilir. Şah İsmayıl Xətai prospektində 4 ədəd 5 mərtəbəli binanın əsaslə təmiri nəzərdə tutulur. Ümumilikdə 20-ə yaxın yüksək mərətəbəli binanın əsaslı təmiri bu il həyata keçiriləcək. Mən artıq mesaj da verdim ki, vətəndaşlarımız, sahibkarlarımız hazır olsunlar, gələndə konkret təkliflər verilsin. Bu istiqamətdə sənaye parkının yaradılması ilə yəni alminium zavodun istehsal etdiyi alminium külçədən, vərəqlərdən sonra son məhsula çıxması üçün xırda və böyük sahibkarlar bundan istifadə edə bilərlər. Bulvarın sağ sahilində artıq evlər hazırlanmaq üzrədir. Novruz bayramında onları sevindirəcəyik. Düşünürəm ki, bunlar dövlətin ən böyük qayğısıdır vətəndaşlar üçün”.

Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov hesabat yığıncağında çıxış edərək 2016-cı il ərzində Gəncə şəhərində görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.Vəfadar Bağırov ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Gəncədə aparılan uğurlu işləri, şəhər rəhbərliyinin təşkilatçılığı və gəncəlilərin öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirdi.

Sonda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərova Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Tərəqqi” medalı təqdim olunub. Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

AzVision.az


Teqlər:





Xəbər lenti