Şahzadə quşları üçün 80 təyyarə bileti aldı - Video

Şahzadə quşları üçün 80 təyyarə bileti aldı - Video
  31 Yanvar 2017    Oxunub:5404
Səudiyyə şahzadəsi 80 şahin üçün sərnişin bileti alıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yazıb.

Nəşr təyyarənin “Qətər Hava Yolları”na aid olduğu iddia edib. Qeyd olunub ki, quşların təyyarə içində uçmaması üçün qanadları və gözləri bağlanıb.

Bildirilib ki, ərəb ölkələrində şahin və ya digər yırtıcı quşların təyyarə ilə daşınmasına icazə verilib. Belə ki, sərnişin təyyarəsində 8 quşun daşınması pulsuzdur. Lakin quşların sayı artıqca biletlərin qiyməti 180 ilə min dollar arasında dəyişir.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti